4 Fəsil nağılı | Fəsillər haqqında maraqlı nağıl

Bir varmış, bir yoxmuş. Bir zamanlar bir-biri ilə yaxşı anlaşan dörd dost var idi. İnsanlar onları fəsilləri adlandırırdılar. Bir gün bu dörd dost arasında böyük mübahisə yarandı. Bu mübahisəyə görə onlar çox uzaqlaşdılar.
4 Fəsil nağılı | Fəsillər haqqında maraqlı nağıl
Fəsillərin hər biri deyirdi ki, insanlar arasında ən sevilən fəsil özüdür. 

Bahar özü barədə belə dedi:

«Mən bu dünyada ən çox sevilən mövsüməm. İnsanlar mənim gəlişimi səbirsizliklə gözləyirlər. “Mən gələndə bütün təbiət canlanır, quşlar oxuyur, güllər, ağaclar çiçək açır, hamı çox sevinir. „

Bu sözləri eşidən Yay əsəb keçirdi. Bahara edib dedi: 

“İnsanların ən çox bəyəndiyi mövsüm Yaydır. Mən gələndə havalar isinir və insanlar bayırda sevinir, oynayır, tətil edirlər. Dənizə gedib çimir, tətildən həzz alırlar. “Mənim sayəmdə meyvə-tərəvəz yetişir.» 

Bu dəfə payız yazın dediklərinə qarşı çıxdı.O dedi: 

“Əslində ən çox sevilən mövsüm mənəm. Mənim gəlişimlə yağış yağır k i, bu da insanlara hüzur və sərinlik gətirir. Ağacların tökülən rəngarəng yarpaqlarından gözəl və bənzərsiz bir təbiət mənzərəsəsi yaranır.İnsanlar mənim mənzərəmi seyr etmək üçün dağlara qalxırlar. Məhz bir çox bal kimi dadlı və şirin meyvələr payızda yetişir. Bİr musiqilər, rəsmlər və sənət əsərləri məndən ilham alınaraq yaradılıb” deyə öyünür. “ 

Qış başqalarının dediklərini diqqətlə düşündü. Onun mövsümü gələndə havalar bir az soyuyub, insanlar bir az üşüyür, amma qışı qeyd etməyə dəyər çoxlu yaxşı keyfiyyətləri də vardır. Dostlarının dediklərinə daha dözə bilməyəndə qış dilə gəldi: 

«Mən də sizlər qədər sevildiyimi düşünürəm. Qış gəlib qar yağanda bütün insanlar uşaq kimi sevinirlər. Uşaqlar qartopu oynayır və qardan adam düzəldirlər. Məhz qışda, köhnə ili yola salıb, böyük ümdlərlər, arzu və xəyallarla yeni ili qarşılayır, bu bayramı birgə qeyd edirlər. Ocaqda şabalıd bişirilir, ən şirin söhbətlər mənim sayəmdə olur. Üstəlik, qışın gəlişi ilə bütün təbiət yaxşı yuxuya gedir və istirahət edir.»

Bütün mövsümlərdə belə müzakirələr apararkən nəhayət bir qərara gəldilər. 

Onlar qərara gəldilər ki, bütün fəsillər dünyamız üçün lazımdır və onların heç biri digərini əvəz edə bilməz. Çünki, hər fəslin öz gözəlliyi vardır və onların hər biri özəldir. İnsanlar hər fəsildə o fəslin şərtlərinə uyğun olaraq xoşbəxt olurlar. Dörd dost bu mübahisənin lazımsız olduğunu başa düşdülər və yenidən barışdılar. 

Həmin gündən fəsillər öz vəzifələrini tam yerinə yetirdilər. Onlar bir-birlərinə növbəti mövsümün gəlişindən xəbər verirdilər. 

Həmin gündən sonra aralarında heç bir mübahisə olmadı. Onlar əbədi sülh və xoşbəxtlik içində yaşadılar. 

 

0 şərh